YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar İsgəndərov: Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra əsl həqiqətlərin üzə çıxarılması istiqamətində xeyli iş görülüb

«Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyulun 15-də Fövqalədə Təhqiqat Komissiyası yaradaraq azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı sənəd şəklinə saldı. Ələkbər bəy Xasməmmədov başda olmaqla Fövqəladə Təhqiqat Komissiyası Bakı, Quba, Şamaxı və başqa qəzalarında həyata keçirilən qətliamlarla bağlı 36 cild sənəd hazırlaya bildilər. Həmin sənədlər qədər etibarlı sənəd heç yerdə ola bilməz». Bu fikirləri tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib.

A.İsgəndərov bildirib ki, 1920-ci ilin aprel işğalı həmin sənədlərin istifadəsini yasaq etdi. Bolşeviklər xalqlar dostluğu ideologiyasını təbliğ edirdi. Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra əsl həqiqətlərin üzə çıxarılması istiqamətində xeyli iş görülüb. İlk növbədə, arxivlər açıldı.

«Məlumdur ki, hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1919-cu və 1920-ci il martın 31-i milli matəm günü kimi qeyd olunub. Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində mühüm addımlar atılıb. O zamandan etibarən Azərbaycan həqiqət­lərinin, o cümlədən soyqırım həqiqətlərinin dünyada tanıdılması istiqamətində mühüm işlər görülür. Tarixçi alimlərimiz də bu baxımdan üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Azərbaycanlıların soyqırımı ilə əlaqədar xeyli sayda tədqiqat əsərləri nəşr olunub, sənədli filmlər çəkilib. Müxtəlif dillərdə tərcümə olunan əsərlər ayrı-ayrı dövlətlərin kitabxanalarında var. Biz bununla dünyaya sübut etmək istəyirik ki, əslində, soyqırıma məruz qalan azərbaycanlılıardır. Dünya ictimaiyyəti həqiqi soyqımın ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədildiyini bilməli və bunu qəbul etməlidir.  Biz həqiqəti deyirik. Və həqiqət uğrunda da mübarizəmizi davam etdiririk»- deyə, A.İsgəndərov qeyd edib.