Xəbərlər
Nizami Cəfərov: V Qlobal Bakı Forumunun keçirilməsi əlamətdar hadisələrdən biridir
«Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Bu mənada V Qlobal Bakı Forumunun keçirilməsi əlamətdar hadisələrdən biridir». Bu fikirləri Milli Məclisin deputatı Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki, beynəlxalq arenada Azərbaycanın rolu güclənir. Onun sözlərinə görə, Azərbaycan Şərqlə Qərbin, sivilizasiyaların qovuşuğunda yerləşdiyi üçün belə mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi tamamilə məntiqəuyğundur.
«Qlobal Bakı Forumu müxtəlif aktual məsələlərin geniş müzakirə edildiyi nüfuzlu bir platformadır. Bu Forumda dünyanın müxtəlif ölkələrindən xeyli sayda nüfuzlu qonaqlar iştirak etdi. Şübhəsiz ki, Forumda müzakirə olunan məsələlər qlobal müstəvidə mövcud olan problemlərin həllinə öz töhfəsini verəcək. Çünki bu forum dünyanın nüfuzlu şəxslərinin toplaşdığı bir platformadır. Eyni zamanda, bu mötəbər tədbir Azərbaycanın dünyada daha yaxşı tanınması üçün geniş imkandır»- deyə, N.Cəfərov vurğulayıb.