YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “NATO-nun 2014-cü il UELS sammiti: proqnozlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir

Avqustun 5-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Konfliktologiya və İnsan Hüquqları İnstitutu, Xarici İşlər Nazirliyi və Rumıniyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə “NATO-nun 2014-cü il UELS sammiti: proqnozlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Tədbirdə Milli Məclisin deputatları, ayrı-ayrı ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər iştirak edirlər.

Konfransın plenar iclasında AMEA Konfliktologiya və İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri namizədi Aytən Mustafayeva, Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.

Konfrans işini “Cənubi Qafqaz regionu: çağırışlar və imkanlar”, “NATO ilə Azərbaycan arasında əməkdaşlıq – son 20 ilə nəzər salma və gələcək gözləntilər” mövzusunda sessiyalarla davam etdirib.

İclaslarda “NATO-nun Uels sammitinin prioritetləri”, “Yeni çağırışların öhdəsindən gəlinməsində Azərbaycanın rolu və NATO-ya üzv dövlətlərin və tərəfdaşlarının qarşılaşdıqları təhlükə”, “Beynəlxalq təhlükəsizliyə yeni təhdidlər fonunda NATO-nun rolunun müəyyən edilməsi”, “NATO-Azərbaycan tərəfdaşlığı: hazırkı əlaqələr və gələcək perspektivlər” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

DİGƏR Xəbərlər Arxiv