Xəbərlər
Cəbhənin Ağdam istiqamətində Ermənistana məxsus taktiki pilotsuz uçuş aparatı məhv edilib

Cəbhənin Ağdam istiqamətində Ermənistana məxsus taktiki pilotsuz uçuş aparatı məhv edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, martın 2-də günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” taktiki pilotsuz uçuş aparatı Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.