Xəbərlər
Xələf Xələfov: Qarşı tərəf gərginliyi artırmaqla sülh prosesinə zərbə vurur

«Danışıqlar prosesində Ermənistan hakimiyyəti siyasi manipulyasiya edir və bu prosesi pozur». Bu fikri xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
X.Xələfov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qaraböağ münaqişəsi ağır nəticələr verib. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri cəbhə bölgəsində mütəmadi olaraq təxribatlar törədir.
«Qarşı tərəf gərginliyi artırmaqla sülh prosesinə zərbə vurur. Amma Ermənistanın işğal etdiyi bütün Azərbaycan torpaqlarının azad ediləcəyinə heç kimin şübhə etmir. Bir milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurdlarına geri qayıtması təmin ediləcək»- deyə, nazir müavini vurğulayıb.