Partiya xəbərləri
YAP İcra katibinin müavini Siyavuş Novruzov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb
Fevralın 28-də YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə partiyanın mənzil qərargahında görüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
YAP İcra katibinin müavini Siyavuş Novruzov Azərbaycan ilə Türkiyə Respublikası arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.
Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.