YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

The Hill: Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın yeni administrasiyası üçün prioritet olmalıdır

İlin əvvəlindən sadəcə bir neçə həftə keçməsinə baxmayaraq bu il dünya geosiyasətində zəngin olacağını vəd edir.

Bu, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin ABŞ-ın “The Hill” nəşrində dərc olunan məqaləsində yer alıb. /Trend/

Məqalədə qeyd olunub: “Bütün dünya ABŞ-ın yeni administrasiyasının öz diplomatik resurslarından istifadə etməsini diqqətlə müşahidə edir.”

Müəllif vurğulayır ki, diqqət tələb edən bir çox məsələlər olsa da, təhlükəli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yeni administrasiya üçün yeni imkanlar təqdim edir. Onun sözlərinə görə, strateji vacib Qafqaz regionundakı bu uzunmüddətli münaqişənin həlli rəsmi Vaşinqtona strateji, siyasi, iqtisadi və mədəni səmərə gətirə bilər.

N.Ağayev yazıb: “Münaqişədəki hazırkı staus-kvo təkcə regionun inkişafına zərər vermir, həm də qlobal nəticələrə gətirib çıxaracaq. Bu gün Azərbaycan təbii qazın Avropaya çatdırılması üzrə TANAP və TAP kimi layihələrin icrası, eləcə də Çin və Hindistanı Avropa ilə birləşdirən Yeni İpək Yolu transkontinental layihənin icrası kimi geostrateji hadisələrin sükanı arxasında dayanır”.

Baş konsul qeyd edib ki, Azərbaycanın bu cür mürəkkəb regionda unikal müttəfiq kimi rolu qlobal miqyasda, o cümlədən işğal olunmuş ərazilərin azad edilməsi məsələsində müsbət dəyişikliklər üçün böyük imkanlar təqdim edir.

Müəllif vurğalayıb ki, ABŞ və digər dünya dövlətləri üçün Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli və Qafqazda davamlı sülhün əldə olunması məqsədilə fəaliyyət göstərmək vaxtı çatıb və bu məsələ ABŞ-ın yeni administrasiyası üçün prioritet olmalıdır.

 

DİGƏR Xəbərlər Arxiv