YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Norveç Dağlıq Qarabağdakı "referendum"u tanımır

Norveç beynəlxalq ictimaiyyətin digər üzvləri kimi qondarma Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanımır.

Trend-in məlumatına görə, bu barədə Krallığın facebook səhfəsində bildirilib.

Bəyanatda həmçinin, Norveçin Dağlıq Qarabağda fevralın 20-də keçirilən "referendum"u tanımadığı da vurğulanıb:

“Norveç Azərbaycan Respublikasının ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin sürətləndirilməsində ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”.