Xəbərlər
Berlin Avropa İnstitutunun sədri: Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqlar gücləndirilməlidir. Əsas məqsəd Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması olmalıdır.
Bu fikri “Qafqaz və Xəzər Regionunun Araşdırılması üzrə Berlin Avropa İnstitutu”nun sədri Matias Dornfelt deyib.
Almaniyalı ekspert bildirib ki, əgər Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar intensivləşdirilməsə, hərbi münaqişə qaçılmaz olacaq.