YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Ailə problemlərinin həllinə xüsusi diqqət yetirilir

«Azərbaycanda güclü ailə siyasəti həyata keçirilir və bu sahədə mükəmməl qanunvericilik bazası yaradılıb». Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, ailə məsələləri ilə bağlı problemlər bütün dünyada mövcuddur. Onun sözlərinə görə, bu gün qloballaşan dünyada Azərbaycan da digər ölkələr kimi müsbət hallarla yanaşı, müəyyən mənfi təsirlərə də məruz qalır.

«Ailə problemlərinin həllinə xüsusi diqqət yetirilir. Bu gün ailə institutunun hərtərəfli inkişafı, ailə dəyərlərinin qorunması, ailədaxili problemlərin aradan qaldırılması cəmiyyətin diqqət yetirdiyi vacib məsələlərdir. Ailə institutunun  möhkəmləndirilməsi məqsədi ilə ildə-ilə qanunvericilik bazasının  daha da güclənməsi ilə yanaşı, mövcud qanunların düzgün dərk edilməsi sahəsində ardıcıl və sistemli maarifləndirici işlərin aparılması  çox vacibdir.  Bunun üçün məktəblərdə, ali təhsil müəssisələrində, ailələrdə, hərbi hissələrdə  ailə münasibətlərinin formalaşması, yeni keyfiyyətlərin müsbət və mənfi təsiri haqqında seminarlar keçirir, yaşlı nəsllə gənc nəslin dialoqunu təşkil edirik»- deyə, Dövlət Komitəsinin sədri deyib.