YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Parlament hər zaman mətbuatın işinə çox böyük önəm verir

Fevralın 17-də Azərbaycan parlamentində Milli Məclisin, Mətbuat Şurasının və media qurumlarının rəhbərliyinin birgə iştirakı ilə media-parlament əlaqələri müzakirə edilir.

Əvvəlcə media nümayəndələri Milli Məclisin inzibati binası ilə tanış olublar.

Görüşdə Milli Məclis sədrinin müavini Bahar Muradova parlament və media əlaqələrindən danışıb. Bildirib ki, parlament hər zaman mətbuatın işinə çox böyük önəm verir.

“Azərbaycan demokratik cəmiyyət quruculuğu ilə inkişaf edən bir ölkədir. Biz qısa bir müddətdə çox böyük uğurlar əldə etmişik və uğurlarımızın bir çoxu da mətbuat sahəsinə aiddir. Milli mətbuatımızın yaranması, onun təşəkkül tapması, inkişaf etməsi, demokratik cəmiyyətin tələblərinə uyğun şəkildə formalaşması, bu sahədə qanunvericilik bazasının yaranması, qanunların aliliyinin təmin olunmasındakı iştirakı, gündəlik ictimai-siyasi vəziyyət, dünyada gedən proseslər, Azərbaycanın hədəfləri - bütün bunlarla bağlı mətbuatımız üzərinə düşən vəzifəni zaman-zaman müəyyənləşdirib, müəyyən vaxtda üzləşdiyi çətinlikləri dəf edib. Mətbuatımız demokratik ənənələrin yaranmasında, qurulmasında özünəməxsus rol oynayıb, ölkəmizə bu sahədə tanınmış simalar bəxş edib”, - deyə B.Muradova burğulayıb.

Milli Məclis sədrinin müavini bildirib ki, Azərbaycan dövləti mətbuatın rolunu yüksək dəyərləndirir. Bu prosesdə öz yerini tutmağa çalışan mətbuat nümayəndələrinin işi yüksək qiymətləndirilir, onların rolu xüsusi qeyd edilir. Ulu öndər Heydər Əliyev mətbuatı xüsusi qiymətləndirib, bu sahənin inkişafı ilə bağlı atılan addımlar nəticəsində mətbuat hazırki mərhələyə gəlib çıxıb.

B.Muradova qeyd edib ki, Milli məclisin deputatları da, jurnalistlər də xalqın hüquqlarını müdafiə edir. Bu illər ərzində mətbuatın nailiyyətləri çoxdur və biz bundan qurur hissi ilə danışa bilərik. Milli Məclisin fəaliyyəti hər kəsin gözü qarşısındadır. Lakin bəzən məlumatların doğru düzgün çatdırılmasında müəyyən problemlər var. Bugünkü görüşün də əsas məqsədlərindən biri, mətbuatdan gözləntilərimizi nəzərə çatdırmaq, mətbuatın yardımına ehtiyacımız olan məsələləri müzakirə etməkdir.

Qeyd edək ki, görüşdə həmçinin Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərov, qəzet, informasiya agentlikləri, informasiya portallarının nümayəndələri iştirak edirlər.