Xəbərlər
Azərbaycanın xarici işlər naziri Münxendə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.
Bu barədə jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Xatırladaq ki, Münxen Təhlükəsizlik Konfransı fevralın 17-19-da keçiriləcək.