Xəbərlər
Keçən ay Ceyhan limanından 2 milyon ton Azərbaycan nefti dünya bazarına çıxarılıb
2017-ci ilin yanvar ayı ərzində 2 milyon 48 min 786 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu həcmin 1 milyon 398 min 440 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri (BTC) istismara verilən gündən 2017-ci il fevral ayının 1-dək Ceyhan limanından 321 milyon 883 min 385 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.