Xəbərlər
JerusalemOnline: Dağlıq Qarabağ münaqişəsi Avropada ən təhlükəli həll olunmamış münaqişədir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün Yaxın Şərqdə regional təhlükəsizliyə təhdid törətməsinə baxmayaraq, ona dünya ictimaiyyəti tərəfindən çox az diqqət ayrılır.
Bu barədə Raşel Avrahamın “JerusalemOnline” nəşrində dərc olunan məqaləsində yazılıb. /Trend/
Məqalədə qeyd olunur ki, Ermənistan qanunsuz olaraq Azərbaycanın beşdə bir hissəsini işğal edib və aparılan etnik təmizləmələr nəticəsində hər doqquz azərbaycanlıdan biri ya qaçqın, ya da məcbur köçkün həyatı yaşayır.
Müəllifin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələri qoşunların çıxarılmasını tələb etsə də, bir çox hökumətlər bu qətnamələrin icrasının dəstəklənməsi üçün heç bir addım atmayıb. "Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi Avropada ən təhlükəli həll olunmamış münaqişə olmaqla bərabər, tammiqyaslı toqquşmaya çevrilə bilər".
Yaranan vəziyyətin ədalətsizliyi barədə “Jerusalem Post”a müsahibəsində ABŞ-ın Azərbaycandakı səfiri Elin Süleymanov bildirib ki, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı nəticəsində azərbaycanlı qaçqın və məcbur köçkünlər öz doğma yurd-yuvalarından getməyə və həyatlarını yenidən qurmağa məcbur olublar.
Səfirin sözlərinə görə, Azərbaycan qaçqınların repatriasiyası üçün səylər göstərməkdə davam edir.