Xəbərlər
Amerika Yəhudi Komitəsinin prezidenti və icraçı direktoru Bakıda sinaqoqu ziyarət edib
Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapiro və icraçı direktoru Devid Harrisin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda aşkenazi yəhudilərinin sinaqoqunu ziyarət edib.
Trend bildirir ki, sinaqoqda qonaqlara yəhudi icmasının Azərbaycanda sülh və tolerantlıq şəraitində yaşamaları ilə bağlı məlumat verilib.
Qeyd olunub ki, ölkədə xalqların dinc birgə yaşayışı üçün bütün şərtlər mövcuddur. Qonaqlara həmçinin sinaqoqun fəaliyyətindən bəhs edilib.
Görüşdə “Azİz” Azərbaycan-İsrail beynəlxalq assosiasiyasının rəhbəri Vahid Bayramov da iştirak edib.