YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: YAP-ın həyata keçirdiyi siyasətin mahiyyətini təhrif etmək istəyən qüvvələr var

"Təbii ki, bu gün bizim partiyanın həyata keçirdiyi siyasətin mahiyyətini təhrif etmək istəyən qüvvələr var".

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini- icra katibi Əli Əhmədov YAP Gənclər Birliyinin ötən ilin yekunlarına və 2 fevral- Gənclər Gününə həsr olunan tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, siyasətin mahiyyətini təhrif etmək istəyən qüvvələr istər ölkə daxilində, istərsə də xaricdə var: "Demək istəməzdim ki, bu qüvvələr çoxdur və onlar ölkə cəmiyyətinin əhval-ruhiyyəsinə və həyata keçirilən siyasətin uğur qazanmasına hansısa problem və maneə yarada bilərlər".

Əli Əhmədov qeyd edib ki, cəmiyyətimiz yenə ciddi islahatlar dövrünü yaşayır: "Bu, o deməkdir ki, bundan əvvəlki islahatlar öz hədəfinə çatıb və islahatlar yeni mərhələyə qədəm qoyub. Bugünki cəmiyyətin bu dəyişiklikləri düzgün anlaması və təsdiqləməsinə böyük ehtiyac var. İslahatların hansı məqsədlərə xidmət etməsi və hansı hədəflərə yönələn proses olduğunu cəmiyyət düzgün başa düşməli və qiymətləndirməlidir. Hesab edirəm ki, bu ictimai dəstək islahatların uğurla həyata keçirilməsi üçün vacib olan məsələlərdən biridir".