Xəbərlər
ANAMA Çocuq Mərcanlı kəndində minalardan təmizləmə işləri həyata keçirəcək
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən işğaldan azad olunmuş Cəbrayıl rayonu Çocuq Mərcanlı kəndi ərazisində bərpadan öncə minalardan təmizlənmə işlərinin həyata keçirilməsi planlaşdırılır.
Bu barədə Trend-ə Agentliyin əməliyyatlar üzrə baş mütəxəsisi Adil Aslanov deyib.
A.Aslanov bildirib ki, həmin ərazi işğal altında olmuş ərazidir və o ərazilərdə çoxlu sayda döyüş sursatlarının və minaların olması ehtimalı var: “Bununla bağlı ANAMA tərəfindən həmin ərazilərdə təmizləmə işlərinin aparılması planlaşdırılır. İlkin olaraq planlaşdırma işləri aparmaq, kəşfiyyat işləri həyata keçirmək nəzərdə tutulur. Həmin ərazinin 3 milyon kvadrat metr olacağı qənaətindəyik. Mən bu işlərlə bağlı növbəti həftə həmin əraziyə səfər edəcəyəm”.