Xəbərlər
Amerikalı həmsədr: Münaqişə tərəflərinin səylərimizin fayda verməsinə inanmasınadək vasitəçiliyimizi davam etdirəcəyik
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsində nizamlanmanın əldə olunması üçün beynəlxalq hüquq, BMT Nizamnaməsi və Helsinki Yekun Aktının prinsipləri əsasında danışıqların davam etdirilməsi üçün səylərini davam etdirəcək.
Bunu News.am saytının sualına cavab olaraq Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib./Trend/
Onun sözlərinə görə, Minsk qrupunun həmsədrləri yanvarın 9-u verilmiş bəyanata sadiq qalır.
“Biz münaqişə tərəflərinin səylərimizin fayda verməsinə inanmasınadək vasitəçilik fəaliyyətimizi davam etdirəcəyik”.