Xəbərlər
Prezident İlham Əliyev Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam imzaladı.
Sərəncamdan irəli gələn tapşırığa əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etməli, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir.