Xəbərlər
Azərbaycan NATO Hərbi Komitəsinin təşkil etdiyi tədbirlərdə təmsil olunacaq
Yanvarın 17-də Brüsseldə, NATO-nun mənzil-qərargahında alyansın Hərbi Komitəsinin “Qətiyyətli dəstək” və “Uyarlılıq platforması” formatlarında görüşlər keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşlər Baş Qərargah rəisləri səviyyəsində təşkil olunacaq.
Tədbirlərdə Azərbaycanı müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov təmsil edəcək.