YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: “Human Rights Watch” təşkilatının 2016-cı il üçün hazırladığı hesabat əvvəlki illərdəki kimi qeyri-obyektiv və qərəzlidir

“Human Rights Watch” təşkilatının 2016-cı il üçün hazırladığı hesabat əvvəlki illərdəki kimi qeyri-obyektiv və qərəzlidir”. Bu fikri yap.org.az saytına   “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, hesabata nəzər saldıqda aydın olur ki, hesabat milli dövlətin daxilində qeyri-sabitlik yaratmağa çalışan müəyyən antiazərbaycançı mərkəzlərin sifarişi ilə hazırlanıb.

“Hesabatda Azərbaycan müxtəlif sahələrdə qərəzli, qeyri-obyektiv şəkildə tənqid edilib. Məsələn, Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü təşkilatına qoşulmaması tənqid edilib. Bundan başqa, jurnalistlərin əfv edilməsi məsələsinə də qərəzli qiymət verilir”,-deyən H. Babaoğlu əlavə edib ki,hətta əfv kimi humanist bir aksiyanın belə tənqid edilməsi, insan hüquqlarının manipuliyasiya vasitəsinə çevrilməsi ,məhz “Human Rights Watch” təşkilatının imperializmin təbliğat ruporu kimi çıxış etdiyini göstərir. Bu təşkilatın müdafiə etdiyi məsələlərin əksəriyyətinin antiazərbaycançı şəbəkənin sifarişi ilə həyata keçirildiyini və eyni mərkəzdən idarə olunduğunu deyən millət vəkili əlavə edib ki,  Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü təşkilatına qoşulmaqla bağlı məsələni ölkəmizdə bir neçə gün əvvəl Ermənistanın bəhs olunan təşkilata qoşulmasını təqdir etməklə  informasiya dövriyyəsinə daxil etməyə çalışmışdılar. Bir qədər sonra Dünya Hesabatında bu məsələnin öz əksini tapması onu göstərir ki, bu təşkilat və onun Azərbaycandakı şəbəkəsinin üzvləri arasında sıx əlaqə var. Bu məsələnin  Ermənistanla müqayisədə kontrast yaradılaraq ictimai rəyə təqdim edilməsi, əslində, Ermənistanı öndə göstərmək cəhdlərinin davamıdır. Məqsəd Azərbaycanın milli maraqlarına zərbə vurmaqdır”.  

Hikmət Babaoğlu vurğulayıb ki, təkcə sadalanan məqamlar bu təşkilatın imperialist mərkəzlərin direktivləri əsasında hərəkət etdiyini, ölkəmizlə bağlı məqamların isə anti-Azərbaycan dairələrin siyasi sifarişi əsasında hazırlandığını göstərir: “Bu təşkilatın məqsədi heç də qlobal dəyərlər hesab etdiyimiz söz azadlığının, insan hüquqlarının qorunması deyil, antiazərbaycançı mərkəzlərin “inqilab qırğıları”nın qorunması və onların “qəhrəman” kimi cəmiyyətə təqdim olunmasıdır. Əlbəttə ki, onlar qəhrəman deyil, milli maraqlara zərbə vurmaq üçün yaradılmış xüsusi şəbəkədir”.