Xəbərlər
İsmayıl İsmayılov: Bu il ərzində də idmanda uğurlarımızın çox olacağı şübhəsizdir
«Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsinə və idmana xüsusi diqqət yetirir». Bu fikri gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.
İ.İsmayılov bildirib ki, bu diqqət nəticəsində idmançılarımız beynəlxalq yarışlarda böyük uğurlar qazanırlar. Onun sözlərinə görə, son illər Azərbaycanda idman sürətlə inkişaf edir.
«Azərbaycan idmançıları nüfuzlu beynəlxalq yarışlarda bayrağımızı zirvələrə yüksəldirlər. Sevindirici haldır ki, bu sahədə nailiyyətlər ildən ilə daha da artır. Şübhəsiz ki, bu il ərzində də idmanda uğurlarımızın çox olacağı şübhəsizdir»- deyə, nazir müavini vurğulayıb.