Xəbərlər
Səyyad Salahlı: Azərbaycanda dinlərarası münasibətlər ən yüksək səviyyədədir
Azərbaycanda dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Bu fikri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.
S.Salahlı bildirib ki, hər bir Azərbaycan vətəndaşı ümummilli məsələlərdə birlik nümayiş etdirməli, ölkəmizin inkişafı naminə çalışmalıdır. Onun sözlərinə görə, ölkə dindarları da milli mənəvi dəyərlərin qorunması üçün əllərindən gələni etməlidirlər.
«Müstəqilliyimizin bərpasından sonra Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində milli mənəvi dəyərlərimizə qayıdış prosesi sürətlənib. Ulu öndərin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində hazırda ölkədə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Tolerantlığın Azərbaycan modelinin bütün dünyada təqdir edilməsi dövlətimizin din siyasətinin uğurunun bariz nümunəsidir»- deyə, S.Salahlı qeyd edib.