Xəbərlər
Frank-Valter Ştaynmayer: Dağlıq Qarabağ münaqişəsi ATƏT sədrliyi dövründə Almaniyanın qarşılaşdığı əsas çağırışlardan biri olub
Dağlıq Qarabağ münaqişəsi ATƏT sədrliyi dövründə Almaniyanın qarşılaşdığı əsas çağırışlardan biri olub. Bunu Almaniyanın ATƏT-ə sədrliyinin yekunları barədə danışan bu ölkənin xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.
Nazirin sözlərinə görə, bir müddət Dağlıq Qarabağ münaqişəsi Avropa ictimaiyyətinin diqqətindən kənarda qalsa da, aprel hadisələrindən sonra bu münaqişə yenidən vacib əhəmiyyət kəsb etdi.
Ştaynmayer deyib: “Münaqişənin deeskalasiyasında ATƏT-in səyləri vacib idi. Biz ümid edirik ki, münaqişənin siyasi həlli üzrə danışıqlar üçün yeni imkanlar yaranacaq”.