YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: İlham Əliyev dövrünün böyük sıçrayışı, hər şeydən əvvəl, Azərbaycan iqtisadiyyatının qeyri-adi inkişafında təcəssüm edir

«Prezident İlham Əliyevin yanaşmasında Heydər Əliyev ideyalarının universal xarakter daşıması onlara yaradıcı yanaşmağı mümkün və zəruri edir. Yeniləşən tarixi şərait, Azərbaycanın dinamik inkişafı, dünya birliyinə sürətlə inteqrasiya etməsi, beynəlxalq aləmdə cərəyan edən proseslər və aktual çağırışlar ölkənin inkişaf konsepsiyasına yeni yanaşmaları qaçılmaz etmişdir. Sözügedən həqiqətlərin Prezident İlham Əliyev tərəfindən dərindən dərk və təhlil edilməsi hadisələrə və onların gələcək inkişaf perspektivlərinə münasibətdə yeni, orijinal yanaşmaların zəruriliyini ortaya qoymuş oldu». Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, Prezident fəlsəfi dərinliyi və siyasi praqmatizmi ilə seçilən Heydər Əliyev ideyalarını yeni tarixi şəraitin tələblərinə uyğun şəkildə müasirləşdirmək və zənginləşdirmək vəzifəsini böyük bacarıqla həyata keçirməyə müyəssər olmuşdur. Onun sözlərinə görə, Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinə obyektiv olaraq Öz qarşısına möhtəşəm hədəflər qoyaraq başlamalı olmuşdur. Bu zərurət Ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin öz bəhrəsini getdikcə daha aydın şəkildə göstərməyə başlaması fonunda cəmiyyətin ondan gözləntilərindən irəli gəlirdi. İqtisadi və siyasi sabitlik təmin edilmiş, iqtisadi liberallaşdırılmanın ilk ciddi addımları atılmış, ölkə üçün əlverişli beynəlxalq mühit təmin edilmiş, neft strategiyasının iqtisadi dividendləri - böyük neft pulları isə Azərbaycana axmağa artıq hazır vəziyyətdə idi. Sözün həqiqi mənasında, möhtəşəm hədəflər mərhələsi aktual məna kəsb edirdi. «Məmnunluq hissi ilə qeyd etməliyəm ki, Prezident İlham Əliyevin bütün bu sınaqlardan uğurla çıxdığına əmin olmaq üçün Onun Prezidentliyinin birinci müddətinin başa çatmağını gözləməyə ehtiyac qalmadı. İlham Əliyev dövrünün böyük sıçrayışı, hər şeydən əvvəl, Azərbaycan iqtisadiyyatının qeyri-adi inkişafında təcəssüm edir. Bunu Azərbaycanın iqtisadi möcüzəsi də adlandıranlar var və ədalət naminə qeyd etmək lazımdır ki, belə düşünənlər heç də səhv etmirlər. Təxminən 10 il ərzində iqtisadiyyatın 3 dəfədən çox artmasına başqa ad verilməsi, bəlkə də, qəribə görünərdi. Sözügedən sıçrayışın iqtisadi kateqoriyalarla ölçülən digər təcəssümü qismində dövlət büdcəsinin 20 dəfəyə yaxın artımı təqdim edilə bilər»- deyə, Əli Əhmədov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv