YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

D.Kiselyov: İlham Əliyevin məqsədi müstəqil, varlı, məğrur və dinc Azərbaycandır

“Gözəl yumor hissinə və nurlu təbəssümə malik elmli və ziyalı Azərbaycan Prezidenti İlham Əliyev – 55”. Rusiyanın “Rossiya-24” federal dövlət informasiya telekanalının Azərbaycan Prezidenti İlham Əliyev haqqında süjeti bu sözlərlə başlayır.

Telekanalın aparıcısı tamaşaçılara dövlətimizin başçısı haqqında danışarkən bu sözləri deyib: “Azərbaycan Prezidenti yubileyi münasibətilə təbriklər qəbul edir. İlham Əliyev – 55. O, ölkənin ali vəzifəsinə 13 il əvvəl başlayaraq, atası Heydər Əliyevi əvəz edib. Sonra ölkə sakinləri daha iki dəfə respublikaya rəhbərliyi ona etibar ediblər”.

“Vesti”nin müxbiri Andrey Şlyapnikov deyib: “Ölkəyə, bütün Azərbaycan xalqına görə məsuliyyət hissi İlham Əliyevin çiyinlərinə çox tez düşüb. O, 42 yaşında prezident olub və diz üstə çökmüş ölkəni dirçəltməyə, müstəqil Azərbaycanı qoruyub saxlamağa və möhkəmləndirməyə müvəffəq olmuş atası Heydər Əliyevin kursunu uğurla davam etdirir. İlham Əliyev inkişafı sürətləndirib, Azərbaycanı müstəqil iqtisadiyyatı olan müasir dövlətə çevirib”.

Prezident İlham Əliyevi “Zamanı qabaqlayan ağırtəbiətli mükəmməl şəxsiyyət və siyasətçi” kimi xarakterizə edən “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov deyib: “Hesab edirəm ki, İlham Əliyev üçün ən qiymətli və ən əziz meyar onun ölkəsi üçün qarşıya qoyduğu məqsədlərə çatmaqdır. Bu, müstəqil Azərbaycan, varlı Azərbaycan, məğrur Azərbaycan və dinc Azərbaycandır”.

Kinorejissor Yuli Qusmanın fikrincə, gənc Prezident İlham Əliyevin qarşısında ciddi çağırışlar dayanmışdı: “Onun üçün başlıca məsələ atasına - böyük rəhbər Heydər Əliyevə layiq olmaqdır. Əgər bu gün Heydər Əliyev bütün bunları görsəydi, oğlu ilə fəxr edərdi”.

Süjetdə deyilir: “Bütün fəaliyyət sahələrinə yeni baxış İlham Əliyevin kredosudur. Bakı geniş prospektləri və urbanizm üslubunda arxitektura əsərləri olan supermüasir şəhərdir. Bakıda çoxəsrlik tarix və müasirlik ahəngdarlıq təşkil edir. İlham Əliyev müstəqil xarici siyasət yürüdür, lakin Rusiyaya səmimi hisslər bəslədiyini gizlətmir. Azərbaycanda rus dilinə hörmət və məhəbbətlə yanaşırlar. Ölkədə təqribən 90 min şagirdin rus dilində təhsil aldığı 300-dən çox məktəb var. D.Kiselyov deyib: “İlham Əliyev rus dilini Avropaya pəncərə və sivilizasiyaya pəncərə adlandırır. Bu dildən imkan kimi istifadə edir, ondan problem yaratmır.

Bu da təsadüfi deyildir. Axı İlham Əliyev dünyada xüsusi çəkisi olan MDBMİ-nin sadəcə məzunu deyil, hələlik bu təhsil ocağının məzunu olan yeganə prezidentdir.

Azərbaycan Prezidentini təbrik edənlər arasında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun keçmiş rektoru (1974-1984-cü illər) Nikolay Lebedev də var: “Mən Sizi 55 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Beş əla deməkdir. Siz institutda oxuyanda mən həmişə Sizə beş vermişəm və Siz inkişaf edən respublikanın rəhbəri kimi də bu qiyməti qazanmısınız”.

Yuli Qusman deyir: “Azərbaycan düzgün yoldadır. Nə yaxşı ki, onu bu yolla gözəl lider, Prezident İlham Əliyev aparır”.