YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ehtiyatda olan general-mayor Aleksandr Vasyak: Azərbaycan Ordusu daim ən yeni silah sistemi ilə təchiz edilir

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordumuzun ən yeni silah sistemi və vasitələrlə təchiz edilməsinə önəm verdiyini növbəti dəfə nümayiş etdirdi. Bu gün biz torpaqlarımızı işğal altında saxlayan Ermənistandan gələn təhdidlərin qarşısının alınması iqtidarında olduğumuzu nümayiş etdiririk.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan general-mayor Aleksandr Vasyak deyib.

O deyib ki, Ermənistan bütün KİV-lərdə “təcavüzkar qonşu” Azərbaycandan müdafiə olunmaq məcburiyyətində qaldığını bildirir. Eyni zamanda, güclü qırğın vasitələri əldə etməyə çalışır, məsələn, Rusiya istehsalı olan “İskəndər” raket kompleksi. Biz bu cür təhdidlərdən müdafiə vasitələri axtarır və tapırıq. Azərbaycan İsrail kompleksi “Barak”ın analoqu olan ən yeni HHM/RƏM sistemi “İldırım”ı əldə edərək silahlanmaya daxil edib. Bizim sistem sutkanın istənilən vaxtı və mürəkkəb hava şəraitində 360 dərəcə sektorda yaxın və orta məsafədə uçuş aparatları, qanadlı raketlər və “səth-səth” sinfinə aid raketlər də daxil olmaqla, geniş spektrə malik hava hədəflərinin aşkarlanması və məhv edilməsi üçün nəzərdə tutulan yerüstü mobil kompleksdir.

Yerüstü buraxıcı qurğu nəqliyyat-buraxıcı konteynerlərdə olan səkkiz raketlə təchiz edilib. İki gün əvvəl poliqonda biz havaya buraxılmış sürətli hədəfi elə ilk raketlə vurmaqla öz kompleksimizin uğurlu tətbiqini nümayiş etdirdik (tutucu-raket hədəfi uğurla aşkar edib və onu məhv edib). Düşmən təyyarələrinin aşkarlanması, raketlərin vurulması, müxtəlif hava hədəfləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulan kompleks, eyni zamanda, taktiki ballistik raketlərin tutulması üzrə tapşırıqları da yerinə yetirir. Sistem raket havada uçarkən məlumatı ona ötürməyi, digər hədəfə yönləndirməyi, həmçinin bölmələrin fəaliyyətinin koordinə edilməsini təmin etməyə imkan verir. Sadə vətəndaşa aydın olsun deyə bu gün əminliklə belə demək olar ki, kompleks düşmənin üstümüzə uçan bütün vasitələrini 200 kilometr məsafədə və 20 kilometr hündürlükdə aşkar, 70 kilometr məsafədə yaxınlaşdığı zaman isə uğurla məhv edəcək. Belə ki, kompleks, eyni zamanda, 6 müxtəlif hədəfin hər birini iki raketlə vurmaq imkanına malikdir.

Bu gün Azərbaycanın Silahlı Qüvvələri lazım olan hər bir silahla təchiz edilib, döyüş hazırlığı ən yüksək səviyyədədir. Aprel döyüşləri bunu bütün dünya ictimaiyyətinə nümayiş etdirdi. Ermənilər isə tam əksinə, müasir döyüş əməliyyatlarının həyata keçirilməsində bacarıqsızlıq göstəriblər və indi də Rusiyadan dilənçi payı olaraq panaseya axtarır, eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərini əldə saxlamaqla “böyük Ermənistan” yaradacaqlarına ümid bəsləyirlər. Aprel döyüşləri təcavüzkarın xeyrinə olmadı. Azərbaycan Prezidenti, Ali Baş Komandan onlara bir daha anlamaq imkanı verir ki, biz artıq gözləmək niyyətində deyilik. Əgər Ermənistan işğal etdiyi torpaqları sülh yolu ilə azad etməsə, biz onları açıq döyüşdə, müharibə yolu ilə azad etməyə hazırıq. Bu gün Azərbaycanın istər müdafiə, istərsə də hücum üçün hər cür imkanı var.

 

DİGƏR Xəbərlər Arxiv