YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər naziri: Azərbaycan Avropa İttifaqının enerji sahəsində etibarlı tərəfdaşı olduğunu sübuta yetirib

«Cənub Qaz Dəhlizinin açılması üzrə davam edən proses, eləcə də Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi, TANAP və Trans-Adriatik boru kəmərlərinin tikintisi Azərbaycanın Vilnüs bəyannaməsinin məqsədlərinin həyata keçirilməsinə əsas töhfələridir». Bu fikri xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə keçirilən Avropa Birliyi Şərq Tərəfdaşılığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə çıxışı zamanı deyib.

E.Məmmədyarov bildirib ki, Azərbaycan Avropa ittifaqının enerji sahəsində etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Onun sözlərinə görə, ümumi dəyəri 45 milyard avro olan bu layihələr Avropa istehlakçısının ehtiyaclarını qarşılayacaq rəqabətli qiymətlərlə iri həcmli, etibarlı və alternativ qaz həcmini təchiz edərək Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yardım göstərəcək.

«Bu cəhətdən, yuxarıda qeyd edilən boru kəmərlərinin tikintisi üçün Avropadan tərəfdaşlarımızın artırılmış dəstəyi olduqca böyük əhəmiyyətə malikdir. Azərbaycan eyni zamanda, Xəzər regionu ilə Avropanı birləşdirən potensial qaz nəqli infrastrukturunun yaradılması istiqamətində də səylərini davam etdirməkdədir. Azərbaycan Avropa ittifaqı ilə qarşılıqlı maraq doğuran digər sahələrdə də strateji tərəfdaşlığın əhatəsinin genişləndirməkdə maraqlıdır»- deyə, nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv