Xəbərlər
“İcra haqqında” Qanunda dəyişiklik edib
Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
İcra məmurunun müvafiq təqdimatı olmadan (lakin məhkəmə qərarının icra vəziyyəti ilə bağlı müvafiq dəqiqləşdirmələr aparılmaqla) vergi borcunun alınması (vergilərin ödənilməsi) ilə əlaqədar məhkəmə aktlarının icra edilməməsinə görə Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə ibtidai istintaqın aparılması bu cür işlərin operativ şəkildə istintaqına zəmin yaradacaq. Nəticədə icra olunmamış məhkəmə aktları üzrə öz təsdiqini tapmış vergi borclarının alınmasında və dövlət büdcəsinin mədaxilində müsbət dinamika müşahidə olunacaq. Habelə vergi intizamı güclənəcək, vergi ödəyiciləri tərəfindən qanunvericiliyin tələblərinə daha ciddi əməl ediləcək.
Qeyd edilib ki, icra məmurları tərəfindən icraata qəbul edilən vergi borclarının, habelə geri qaytarılan icra sənədlərinin daim nəzarətdə saxlanılması, icra məmurlarına vergi borclarının alınması ilə bağlı mümkün kömək edilməsi, bu sahədə düzgün uçotun qurulması məqsədilə vergi borcunun alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına münasibətdə icra məmurlarının icraata başlamaq haqqında qərarın surətinin və icra edilməsi mümkün olmadığı üçün geri qaytarılan icra sənədləri barədə məlumatların rəsmi şəkildə aidiyyəti vergi orqanına təqdim edilməsi ilə bağlı verilən təkliflər çox vacib hesab olunur. Əks təqdirdə, tələbkar qismində çıxış edən Vergilər Nazirliyi bir çox hallarda icranın nəticəsindən xəbərsiz olur, həmçinin borclu vergi ödəyicisi barəsində özlərində olan faydalı məlumatları aidiyyəti icra qurumlarına təqdim etməklə, onlara zəruri kömək də göstərə bilmirlər.
Dəyişiklik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının tez bir zamanda təmin edilməsi, habelə Vergilər Nazirliyi tərəfindən vergilərin vaxtında və tam məbləğdə yığılması və dövlət büdcəsinə ödənilməsinin təmin olunması üçün daha əlverişli şərait yaranacaq.