Xəbərlər
2017-ci il üçün yaşayış minimumu təsdiq edildi
Bu gün Milli Məclisin plenar iclasında "2017-ci il üzrə yaşayış minimumu haqqında" qanun layihəsi qəbul edilib.
2017-ci ildə Azərbaycanda yaşayış minumumu 155 manat həcmində proqnozlaşdırılır ki, bu da ötən ilki göstəricidən 13,97 fazi çoxdur.
Əhalinin sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu isə əmək qabiliyyətli əhali üçün - 164,5 manat, təqaüdçülər üçün - 130,2 manat, uşaqlar üçün - 136,6 manat təşkil edəcək.