Xəbərlər
Milli Məclisdə “2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiqlənib
Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiqlənib.
İclasda, həmçinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri də səsə qoyularaq təsdiqlənib.
Deputatlar, həmçinin Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetalarını təsdiqləyiblər.