Xəbərlər
Qazaxıstan parlamentinin Aşağı palatasının sədri Bakıya gəlir

Qazaxıstan Majilisinin (parlament) Aşağı palatasının sədri Nurlan Niqmatulin gələn həftə Azərbaycana səfər edəcək.
Qazaxıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, N.Niqmatulinin səfəri dekabrın 20-21-nə planlaşdırılır. /Trend/
O, Bakıda TürkPA Katibliyinin yeni inzibati binasının açılış mərasimində iştirak edəcək.
Palata sədrini parlament nümayəndə heyəti müşayiət edəcək.