Xəbərlər
Prezident İlham Əliyev Hesablama Palatasının əməkdaşlarını təltif edib
Prezident İlham Əliyev dekabrın 6-da Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Hesablama Palatasının əməkdaşlarından 2 nəfəri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 4 nəfəri “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, bir nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.