Xəbərlər
Azərbaycan istehsalı olan məhsullar Seulda dünya ərzaq sərgisində nümayiş etdirilib
Azərbaycanda istehsal olunan qida və yetişdirilən kənd təsərrüfatı məhsulları Seulda keçirilən “Dünya ərzaq sərgisi-2016”da nümayiş etdirilib.
Azərbaycan məhsullarının sərgidə nümayişi ölkəmizin Koreya Respublikasındakı səfirliyinin Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı məqsədilə ölkədə istehsal olunan məhsulların xarici bazarlara ixracının təşviqi istiqamətindəki tapşırıqlarına uyğun təşkil edilib.
Koreya beynəlxalq sərgi mərkəzində keçirilmiş sərgidə Azərbaycan stendində ölkəmizdə istehsal olunan və yetişdirilən məhsullar, o cümlədən nar və nar şirələri, nardan hazırlanan digər məhsullar, fındıq və pendir çeşidləri təqdim edilib.
Koreyanın qida və kənd təsərrüfatı məhsulları idxal edən şirkətləri Azərbaycan məhsullarına böyük maraq göstəriblər.