Xəbərlər
Məhəmməd Barkindo: Vyana görüşündə 14 qeyri-OPEC ölkəsi iştirak edəcək

Dekabrın 10-da Vyanada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr ilə qeyri-OPEC ölkələri arasında keçiriləcək görüşdə Azərbaycan da daxil olmaqla 14 qeyri-OPEC ölkəsi iştirak edəcək.
Bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo məluma verib. O bildirib ki, görüşə qeyri-OPEC ölkələrindən Azərbaycan, Rusiya, Oman, Meksika, Bəhreyn, Kolumbiya, Konqo, Misir, Trinidad və Tobaqo, Türkmənistan, Boliviya, Bruney, Özbəkistan və Qazaxıstan dəvət olunub.
Qeyd edək ki, qeyri-OPEC ölkələrinin görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.
Xatırladaq ki, ötən həftə OPEC neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması üzrə qərar qəbul edib. Bu qərar 2017-ci ilin yanvarından tətbiq ediləcək və 6 ay ərzində qüvvədə olacaq. OPEC-ə üzv olmayan ölkələr neft hasilatını gündəlik 600 min barrel azaldacaqlarına, Rusiya isə istehsalını sutkada 300 min barrel aşağı salmağa söz verib.