Xəbərlər
Bosniya və Herseqovinanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak dekabrın 1-2-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində İqor Çrnadak dekabrın 1-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.