Xəbərlər
Milli Məclisin iclasında bir sıra qanunlara dəyişikliklər edilib
Milli Məclisin bu gün keçirilən iclasında bir sıra qanunlara dəyişikliklər edilib. Bu sənədlər sırasına "Bələdiyyələrin statusu haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında", "Poçt haqqında", "Çayçılıq haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Teatr və teatr fəaliyyəti haqqında", "Dərman vasitələri haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" qanunlar daxildir.