YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev "Norm" sement zavodunun açılışında iştirak edib

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun ərazisində yerləşən "Norm" sement zavodunun açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə inzibati binada ulu öndər Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərində hakimiyyəti dövründə Azərbaycanda istifadəyə verilən sənaye müəssisələrinin açılışlarında iştirakını və hazırda bu sahəyə göstərilən diqqət və qayğını əks etdirən fotostendlərə baxdı.

Müəssisənin laboratoriyası və idarəetmə mərkəzi ilə tanış olan Azərbaycan Prezidentinə ölkənin sement bazarı və zavod haqqında məlumat verildi.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirdi ki, müəssisə gündə beş min ton klinker, ildə iki milyon ton sement istehsalı gücünə malikdir. Zavodda 350 nəfər işlə təmin olunub.

Dövlətimizin başçısı zavodu işə saldı və monitorda istehsal prosesinin gedişinə baxdı.

Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev zavodun kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.