YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elşən Musayev: Qarabağın işğalçı qüvvələrdən azad edilməsindən gözəl ədalət ola bilməz

«Qarabağ mövzusu dünyanı deyil, Azərbaycanı narahat edən mövzudur və çox təəssüf ki, demokratiyadan, insan haqlarından, beynəlxalq hüququn ana prinsiplərindən danışan beynəlxalq təşkilatlar bu problemin çözümündə bizlərə yetərincə dəstək olmurlar. Deyim ki, bu məsələdə heç maraqlı da deyillər. Çünki, qlobal dünyada ikili standartlar mövcuddur və beş tirəli oyunlar gedir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Elşən Musayev deyib.

E.Musayev bildirib ki, həmin təşkilatların bəziləri hətta lobbi əsirləridir. Nə mövqelərində, nə də icraatlarında gözlənilən qətiyyət yoxdur.

«ATƏT-in Minsk Qrupunun fəaliyyəti də səmərəsizdir. BMT də öz qətnamələrinə sahib çıxa bilmir. Avropa Şurası da şablon ritorikadan o yana keçmir. Belə olduğunda isə məsələnin həlli uzanır. Hərgah, Azərbaycan tərəfi dünyaya bütün vasitələrlə əyani şəkildə sübut edib ki, haqlı olan tərəf bizik. İşğalçı, qəsbkar isə Ermənistan. Əgər ədalət anlayışı bəşəriyyət üçün hələ də keçərlidirsə, prioritetdirsə, o zaman torpaqlarımız qeyd-şərtsiz qayıtmalıdır. Yəni Qarabağın işğalçı qüvvələrdən azad edilməsindən gözəl ədalət ola bilməz. Yox əgər bu məntiqin tərsi olacaqsa, diplomatik həll variantları tükünəcəksə, o zaman hərbi yola əl atmaqdan başqa çarə qalmayacaq»- deyə, deputat vurğulayıb.