YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Xocalı soyqırımını törədənlərin cəzalandırılması üçün xüsusi qanun layihəsi hazırlanmalıdır

Xocalı soyqırımını törədənlərin cəzalandırılması üçün xüsusi qanun layihəsinin hazırlanması və konsepsiyasının irəli sürülməsi təkcə qanunvericilik üçün yox, bütövlükdə beynəlxalq hüquq üçün əhəmiyyətlidir.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Əli Hüseynli “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatı zamanı deyib.

Ə.Hüseynli qeyd edib ki, beynəlxalq cinayətlərin qarşısının alınması ilə bağlı xüsusi qanun layihəsinin hazırlanması aktualdır. Onun sözlərinə görə, Azərbaycan dövləti Xocalı soyqırımının araşdırılması üçün hüquqi müstəvidə çox ciddi addımlar atıb.

Komitə sədrinin sözlərinə görə, Hərbi Prokurorluq Xocalı faciəsi ilə bağlı cox ciddi araşdırmalar aparır və demək olar ki, hər il bu hadisə ilə bağlı yeni məlumatlar əldə edir.