YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Yeni qanun beynəlxalq təcrübəyə əsasən hazırlanıb

“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi Ümumdünya Antidopinq Agentliyinin tövsiyələri, bu sahədə beynəlxalq qanunvericilik nəzərdən keçirilib. Bu fikri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, bu günlərdə Ümumdünya Antidopinq Agentliyinin nümayəndələri ölkəmizdə səfərdə olublar. Onun sözlərinə görə, qanun layihəsinin birinci oxunuşunda müzakirələr zamanı deputatlar və mütəxəssislər tərəfindən irəli sürülən rəy və təkliflər nəzərə alınıb.

«Təqdim olunan qanun idmanda dopinqin qarşısının alınması və onunla mübarizə sahəsində dövlət siyasətinin əsas prinsiplərini müəyyənləşdirir. Sənəddə, eyni zamanda, ölkəmizin bu sahədə beynəlxalq öhdəliklərinə və dürüst oyun prinsipinə uyğun olaraq antidopinq siyasətinin qəbul edilməsi və həyata keçirilməsi nəzərdə tutulur. Qanun layihəsinə əsasən ölkəmizdə Milli Antidopinq Agentliyinin (MADA) və onun Müşahidə Şurasının təsis edilməsi gözlənilir. Fəaliyyətini müstəqil şəkildə həyata keçirən agentlik idmançıların hüquqlarını və sağlamlıqlarını qorumaq məqsədilə idmanda dopinqsiz iştirakı təbliğ edir, bu sahədə milli strategiyanın hazırlanmasını, maarifləndirmə fəaliyyətini həyata keçirir, bununla bağlı beynəlxalq standartların tətbiq olunmasını və bir sıra digər məsələləri təmin edir»- deyə, komitə sədri vurğulayıb.