YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukrayna da “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmaq niyyətindədir

Ukrayna yükləri Azərbaycan və İrandan keçirməklə Mərkəzi Asiya ölkələrinə çatdırmaq üçün “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmaq niyyətindədir.

Bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün “Azərbaycan Dəmir Yolları” QSC ilə “Ukrayna Dəmir Yolları” ASC arasında imzalanan müqavilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə yeni yüklərin cəlb olunması və qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.