Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikasının yeni seçilmiş Prezidenti İqor Dodona təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının yeni seçilmiş Prezidenti İqor Dodona təbrik ünvanladı.
Təbrikdə deyilir: “Moldova Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişaf etdirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.”