YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amerikalı ekspert: ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Türkiyə və Rusiya ilə birgə işləyəcək

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Türkiyə və Rusiya ilə çalışmaqda davam edəcək. Bu sözləri Trend-ə siyasi analitik, Vaşinqtondakı “Gulf State Analytics”-in baş müşaviri Teodor Karasik deyib.

"ABŞ-da digər partiyanın hakimiyyətə gəlməsi çox güman ki, ölkənin siyasi xəttinə böyük dəyişikliklər gətirməyəcək. D.Tramp Cənubi Qafqazla münasibətdə Obamanın son iki ildə yürütdüyü siyasəti davam etdirəcək". T.Karasik son illərdə ABŞ-ın faktiki olaraq regionda liderliyi Moskva və Ankaraya verdiyini bildirib.

Siyasi ekspert Tramp administrasiyasının regionda enerji sahəsində səmərəli razılaşmaların əldə olunmasına çalışacağını deyib.