Xəbərlər
Milli Məclisin iclasında iqtisadi yönümlü bir sıra qanunlara dəyişikliklər edilib
Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsində, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kommersiya sirri haqqında” qanunlarda dəyişikliklər müzakirəyə çıxarılıb. Layihələrdə dəyişikliklər texniki xarakter daşıdığı bildirilib.
İclasda həmçinin, Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər müzakirə edilib. Bu barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, hər üç layihənin məqsədi bir müddət əvvəl “Qiymətli kağızlar haqqında” qanuna edilən dəyişikliklərə uyğunlaşdırmaqdır.