YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərhad Abdullayev: Yeni Konstitusiyanın hazırlanması və qəbulu ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz tarixi xidmətlərindən biridir

“Ötən 25 ildə Azərbaycan çətin tarixi yol keçərək, müstəqilliyini qoruyub saxlamağa və daha da möhkəmləndirməyə, dayanıqlı iqtisadiyyat formalaşdırmağa müvəffəq olmuş, tamamilə müstəqil daxili və xarici siyasət yeridərək regionun lider dövlətinə çevrilmişdir. Dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən nailiyyətlər və uğurlar heç də asan əldə edilməmiş, xüsusilə müstəqilliyin ilk illəri xalqımız üçün çətin və məşəqqətli olmuşdur. Dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi təcavüz, iqtisadi tənəzzül və dərin siyasi böhranla qarşılaşdı. İlk illərdə ölkə rəhbərliyində xalqın mənafelərini və milli maraqları əks etdirən siyasi iradənin olmaması milli təhlükəsizliyi təhdid edən ciddi problemlərin həllini qeyri-mümkün etmişdi. Məhz belə bir tarixi məqamda, Azərbaycan dövlətçiliyi üçün taleyüklü bir zamanda ölkənin milli maraqlarını təmin edə biləcək Ümummilli Liderə, tarixi şəxsiyyətə olan ehtiyac özünü daha güclü büruzə verirdi. Şübhəsiz ki, irimiqyaslı siyasi dəyişikliklərin müşayiət olunduğu tarixi dövrlərdə xalqın mənafelərinə uyğun siyasi iradə nümayiş etdirmək iqtidarında olan güclü liderlərə ehtiyac daha ciddi hiss olunur”. Bu fikirlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin “Yeni Konstitusiyanın qəbulundan 21 ötür” sərlövhəli məqaləsində yer almışdır.

Fərhad Abdullayev daha sonra bildirir ki, Azərbaycan xalqının təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra ulu öndər Heydər Əliyev uzaqgörən və məqsədyönlü fəaliyyəti, qətiyyəti və siyasi bacarığı sayəsində xalqımızı azərbaycançılıq ideyası ətrafında birləşdirərək milli birliyi təmin etməyə, ölkədə hökm sürən ictimai-siyasi anarxiyanın və vətəndaş müharibəsi təhlükəsinin qarşısını almağa müvəffəq oldu. Ölkədə ictimai-siyasi sabitliyin təmin olunması ilə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, habelə genişmiqyaslı islahatların başlanılması üçün əlverişli zəmin yarandı.

“Ölkəmizdə başlanılmış islahatlar fonunda ən mühüm hadisələrdən biri ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və gərgin əməyi nəticəsində hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan dövlətinin Konstitusiyasının qəbul edilməsi oldu. Konstitusiyanın Preambulasında qeyd edildiyi kimi, “Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq” bu ümummilli əhəmiyyətli sənədi qəbul etdi” – məqalədə belə qeyd olunur.

Fərhad Əliyev daha sonra bildirmişdir: “Yeni Konstitusiyanın hazırlanması və qəbulu ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz tarixi xidmətlərindən biridir. Konstitusiyanın qəbul edilməsi xalqımızın tarixi ənənələrinə uyğun olan və eyni zamanda, ölkəmizdə müasir dünyanın tələblərinə cavab verən demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, siyasi sistemin və hüquq sisteminin inkişafı üçün möhkəm özülün yaradılması baxımından mühüm hadisə oldu”.