Xəbərlər
Lukaşenko: II Avropa Oyunlarını keçirəcək Minsk Bakının təcrübəsindən yararlanacaq
Belarus Avropa Oyunlarının keçirilməsində Azərbaycanın təcrübəsindən yararlanır.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşündə deyib. /Məlumatı Trend "Belta"ya istinadən verib/.
A.Lukaşenko qeyd edib: "Sizin təcrübəniz bizim üçün çox vacibdir".
Prezident əlavə edib ki, bu məsələdə Azərbaycanı ötüb keçmək mümkün deyil: "Azərbaycan Prezidenti İlham Əliyev belə planka müəyyən edib".
Qeyd edək ki, Avropa Olimpiya Komitələrinin Minskdə keçirilən 45-ci Baş Assambleyasında Belarus paytaxtının II Avropa Oyunlarına ev sahibliyi etməsinə dair qərar verilib.
Xatırladaq ki, ilk Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçirilmişdi.