YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Qarşımızda duran başlıca hədəflərdən biri iqtisadiyyatın şaxələnməsinin genişləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsidir

«Azərbaycan qısa dövr ərzində iqtisadi inkişafda sıçrayış edib. Dünyada böhran proseslərinin hələ də davam etməsi, hətta qabaqcıl ölkələrin ciddi maliyyə problemləri ilə üzləşməsi fonunda Azərbaycanın davamlı iqtisadi inkişafı, quruculuq işlərinin geniş vüsət alması, əhalinin həyat səviyyəsinin yüksəlməsi, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının sürətlənməsi son illərin nailiyyətlərini səciyyələndirən əsas amillərdəndir». Bu fikirləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, bu uğurlara Prezident İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan düşünülmüş və uzaqgörən siyasəti nəticəsində nail olmaq mümkün olub. Onun sözlərinə görə, ölkəmiz son 10 ildə sıçrayışlı iqtisadi inkişafa nail olub, bütün sahələrdə köklü islahatlar apararaq mərkəzləşdirilmiş planlı sistemdən bazar iqtisadiyyatına keçidi başa çatdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub, yeni inkişaf mərhələsinə qədəm qoyub.

«Təbii ki, Azərbaycan əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. Bu gün qarşımızda duran başlıca hədəflərdən biri iqtisadiyyatın şaxələnməsinin genişləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsidir. Bu çərçivədə əsas vəzifələrdən biri ölkənin sənaye potensialının güclənməsi, qeyri-neft sənayesinin inkişafı, mövcud imkanlardan səmərəli istifadə olunmasıdır. 2014-cü il cənab Prezident tərəfindən "Sənaye ili"elan edilib, bununla bağlı müvafiq tədbirlər planı təsdiq edilib. Hazırda tədbirlər planına uyğun olaraq, "Azərbaycan Polad İstehsalı Kompleksi"nin qurulması, Sumqayıt Kimya Sənaye, Balaxanı sənaye, yüksək texnologiyalar parklarının təşkili, sənaye məhəllələrinin yaradılması istiqamətində ardıcıl işlər görülür»- deyə, nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv