Xəbərlər
Mariya Zaxarova: ATƏT-in Minsk qrupunun iştirakçısı kimi Türkiyənin fəallaşmasını yalnız alqışlamaq olar
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun iştirakçısı kimi Türkiyənin rolunun fəallaşmasını yalnız alqışlamaq olar. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə söyləyib.
Mariya Zaxarova deyib: “ATƏT-in Minsk qrupunun iştirakçısı kimi Türkiyənin rolunun dəyişməsinə və fəallaşmasına gəldikdə isə Minsk qrupu üzvlərinin bu nizamlama prosesində həqiqətən konstruktiv rol oynamaları üçün bunu yalnız alqışlamaq olar. Zənnimcə, konstruktiv rol oynamaq və bunu fəal şəkildə etmək, əslinə baxılırsa, onların birbaşa vəzifəsidir”.