Xəbərlər
Bakıda “Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda konfrans keçirilir
Oktyabrın 19-da Bakıda “Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda konfrans keçirilir.
İqtisadiyyat naziri Şahin Mustafayev iqtisadiyyatın inkişafı istiqamətində atılan addımlar, həyata keçirilən islahatlar barədə danışaraq, 2015-ci ilin yanvar-sentyabr aylarında sahibkar subyektləri arasında 50 mindən artıq yoxlama aparıldığını, bu ilin 9 ayında isə bu yoxlamaların sayının 50-yə çatdığını vurğulayıb.
Nazir bildirib ki, bu il gömrük sahəsində olduqca ciddi işlər görülüb və elektron gömrük sisteminə keçirilib: Əvvəllər lisenziyalar müəyyən müddətli verilirdisə, bu gün bu lisenziyalar müddətsiz verilir.